İNŞAAT SEKTORU UÇUN GPS İZLƏMƏ SİSTEMİ

GlobTel Solutions şirkəti GPS və Telematik xidmətləri Azərbaycan və Gürcüstan ərazisində təqdim edir.

“İnşaat sektoru (Ticarət Betonlu) üçün Avtopark İdarəetmə Sistemi” Arvento tərəfindən xüsusi ilə ticarət betonunu nəql edən şirkətlər üçün hazırlanmışdır və Globtel GPS şirkəti tərəfindən təqdim olunur. Sistem sayəsində hər gün yüzlərlə ərazilərə ticarət betonu daşıyan şirkətlər internet vasitəsi ilə vahid mərkəzdən və vaxt itirmədən bütün sahə əməliyyatlarını idarə edə bilərlər.


İnternet vasitəsi ilə avtoparka GPS nəzarət və idarəetmə
GPS sistem ticarət betonunun daşınması ilə məşğul olan şirkətləri internet vasitəsi ilə işlərini idarə etmək və izləmək imkanı ilə təmin edir. İş fəaliyyətində istifadə edilən avtopark, nasoslar, istehsalat qurğuları, tikinti sahələri və daşınılan məhsullar kimi bütün bölmələr sistem tərəfindən müəyyən edilir və mərkəzdən idarə edilə bilər.

Hər bir əməliyyat üzrə ətraflı hesabat
Sistem bütün əməliyyat bölmələri ilə bağlı hazırkı və keçmiş işlər barədə ətraflı hesabat əldə etməyə imkan yaradır;

•    Betonu çatdırmaq üçün, hər bir müştəriyə sərf olunan vaxt 
•    Nəql edilən inşaat materialının miqdarı
•    Boşaltma üçün tətbiq edilən vaxt
•    Beton qarışdıran maşının doldurulma faizi
•    Məhsul çatdırıldıqdan sonra geri qayıtmaq üçün nəqliyyat vasitələrinə tətbiq edilən vaxt
•    Verilmiş tapşırıqların təyin edilmiş vaxt ərzində tamamlanması
•    Sürücü tanıma sistemi, sürücünün hansı nəqliyyat vasitəsindən istifadə etdiyini müəyyən etmək imkanı
•    Nəqliyyat vasitəsinin sürəti, gözləmə vaxtı, marşrutları və gəlmə vaxtı
•    Razılaşma və sifariş məlumatı
•    Nasos istifadəsinin planlaşdırılması və sifarişi kimi məlumatlar sistem tərəfindən yoxlanıla və idarə oluna bilər.

Bu sistemdən kim istifadə edə bilər?
İnşaat, Tikinti və ticarət betonu istehsal edən şirkətlər bu sistemdən istifadə edə bilər.