FÖVQƏLADƏ HALLARIN İDARƏETMƏ SİSTEMİ

GPS izləmə sistemi ilə real vaxtda nəqliyyata nəzarət. 

Fövqəladə Əməliyyatların İdarəetmə Sistemi sanitar, polis, yanğın şöbəsi kimi təcili yardım komandası və bu komandalara rəhbərlik edən idarə mərkəzləri üçün işlənib hazırlanan xüsusi sistemdir. Sistem zəng mərkəzi, səsyazma sistemi, əməliyyatın idarə edilməsi üzrə proqram təminatı, rəqəmsal kartoqrafiya sistemləri, nəqliyyat vasitəsinin izlənilməsi və mobil məlumat rabitə sistemlərindən ibarətdir. Bütün bu sistem və proqram təminatı kompleks şəkildə işləyir. Sistem sayəsində, bütün proses fövqəladə zəng anından başlayaraq işin başa çatmasına kimi fasiləsiz olaraq idarə edilə  bilər. Ümumiyyətlə, sistem aşağıdakı bölmələrdən ibarətdir:
• Fövqəladə əməliyyatların idarəetməsi üzrə proqram təminatı
• Zəng mərkəzi sistemi
• Səsyazma sistemi
• Rəqəmsal xəritələr və rəqəmsal kartoqrafiya sistemi
• GPS izləmə və istiqamətləndirmə
• Əlaqəli mərkəzi bölmələr ilə koordinasiya
• Kompüter və şəbəkə qurğuları
• İdarəetmə mərkəzinin dizaynı və texniki infrastrukturu

Fövqəladə əməliyyatların idarəetməsi üzrə proqram təminatı
• Sistem sayəsində,  daxil olan təcili zənglərdən başlayaraq hadisənin bitməsinə kimi, bütün proses qeydə alına və nəzarət edilə bilər. Kommutator inteqrasiyası bütün zənglərin kompüterlərdən qəbul edilməsi və idarə olunmasına şərait yaradır.
• Bu sistemin köməyi ilə, daxil olan zənglər və əlaqəli bölmələrlə bağlı məlumat istənilən zaman və dərhal izlənə bilər. Standart məlumatın daxil edilməsi nəticəsində səhv və ya natamam məlumatın daxil edilməsinin qarşısı alınır.
• Komanda və digər bölmələri hazırkı vəziyyətlərinə görə yönəltmək olar.
• Standart hesabatlardan başqa, zəruri statistik məlumat gələcək planlaşdırma üçün toplana və istifadə edilə bilər.

Zəng mərkəzi sistemi
Bütün telefon əməliyyatlarını kompüter vasitəsilə idarə edən, sifarişlə hazırlanmış ümumi zəng mərkəzi sistemi işlənib hazırlanmışdır.
• Daxil olan zənglərin nömrələri yoxlanılır və daha əvvəl icra edilmiş tapşırıqlar dərhal siyahıya alınır. Zəruri bağlantılar qurulduğu təqdirdə, yerüstü rabitə xətlərinin ünvanı haqqında məlumata avtomatik olaraq giriş əldə etmək olar.
• Daxil olan zənglər üçün minlərlə telefon nömrələri və istifadəçiyə xas sürətli yığım düymələri sistem tərəfindən müəyyən edilə bilər. Gözlənilən zənglərin sayını operativ görmək olar.
• Qara Siyahı xüsusiyyəti sayəsində, “Kənar” zənglərin bir çoxunun qarşısı alınır. Daxil olan zənglərin sayı xeyli miqdarda azaldıla bilər.

Səsyazma sistemi
• Daxil olan bütün zənglər kommutatora çatdığı andan qeydə alına bilər və həmçinin radiodan komandalar vasitəsi ilə məlumat mübadiləsi qeydə alına bilər.
• Səsyazmalar, sistem ilə ümumi şəkildə işləyir. Yalnız  tarix, vaxt, operator, telefon nömrəsi kimi bir çox meyarlar əsasında axtarış aparılmır, həmçinin səsyazmaları protokol nömrələri ilə tutuşdurmaqla müvafiq hadisə ilə bağlı səsyazmalara da birbaşa giriş əldə etmək olar.

Rəqəmsal xəritələr və rəqəmsal kartoqrafiya sistemi
• Naməlum ünvanları rəqəmsal xəritədə axtarmaq olar.
• Ərazinin GPS koordinatları daxil edildikdə, ünvanın dəqiq yeri müəyyən edilə bilər.
• Ünvanların tapılma prosesi xəritəyə zəruri istinad nöqtələrinin əlavə edilməsi ilə yüngülləşir.
• Hadisə yeri xəritədə qeyd edilə və heyyətə ötürülə bilər.

GPS izləmə və istiqamətləndirmə
• Xüsusi GPS cihazı ilə müvafiq nəqliyyat vasitələrini GPS peyklər vasitəsilə 24/7 xəritələrdə izləmək olar. Onların sürəti, çıxış vaxtları, yerləşdiyi əraziləri və dayanma vaxtını görmək mümkündür.
• Fövqəladə proqram təminatı ünvanların yazılı şəkildə heyyətə ötürülməsinə şərait yaradır; bundan əlavə, koordinatlar vasitəsilə fövqəladə vəziyyətin yerinə xəritədə baxmaq olar. Mobil kompüterdən istifadə etməklə, fövqəladə vəziyyətin fotoşəkilləri qəbul edilə və dərhal heyətin idarə edilməsi mərkəzinə göndərilə bilər.
• Heyyət onlayn şəkildə tapşırıq formalarını mərkəzə göndərə bilərlər. Yazılı məktublar mərkəz və heyyətlər arasında dəyişdirilə bilər.

Mərkəzi bölmələr ilə koordinasiya
Fövqəladə vəziyyət zamanı, müvafiq mərkəzlə internet vasitəsilə əlaqə yaratmaq və ərazi və şərait barədə yenilənmiş məlumatı ötürmək olar.
Məsələn, fövqəladə vəziyyət zamanı xəstəxanadakı mövcud boş çarpayıların və növbətçi həkim heyətinin sayı, idarəetmə mərkəzindən istiqamətləndirilə  bilər. Xəstəxanalarda quraşdırılmış monitorlar sayəsində təcili yardım maşını yolda olarkən hadisə haqqında məlumatı avtomatik olaraq ötürülür; nəticədə xəstəxana əvvəlcədən məlumatlandırılır və xəstə gələnə qədər zəruri hazırlıqlar görülür. Xəstələrin xəstəxanada qalmaları ilə bağlı məlumatı operativ və retrospektiv izləmək olar. Sistem həmçinin xəstənin daşınması üçün lazım olan yer və iş planlarının proqram vasitəsilə izlənilməsinə şərait yaradır. Xəstə daşıyan nəqliyyat vasitələri GPS peykləri vasitəsilə izlənilir və onları dəqiq yerini istənilən vaxt yoxlamaq mümkündür.

Kompüter və şəbəkə qurğuları
Sistem üçün zəruri olan aparat və proqram təminatının bütün növləri, məsələn, serverlər, kompüterlər, enerji mənbələri, şəbəkə infrastrukturu analiz olunaraq, işlənib hazırlanır və istifadəyə hazır layihələr kimi təqdim edilir. Təhlükəsizlik və yardım üçün nəzərdə tutulmuş xüsusi aparat və proqram təminatıda mövcuddur və bununla əlaqədar bütün hesabatlar müntəzəm olaraq hazırlana bilər.

Əməliyyat heyyəti tərəfindən idarə olunma mərkəzi
Komanda tərəfindən idarəetmə mərkəzinə məxsus otağın bütün daxili dizaynı, elektrik və məlumat infrastrukturu, operator və nəzarət stolları, geniş ekranlı monitor bölmələri və digərləri barəsində müxtəlif həllər layihə çərçivəsində təklif edilir.

Bu sistemdən kim istifadə edə bilər?
Fövqəladə idarə etməyə cəlb edilmiş bütün dövlət və ya özəl müəssisələr Fövqəladə Əməliyyatların İdarəetmə Sistemindən istifadə edə bilər.


Mükafatlandırılmış layihə
Layihə 2007-ci ildə İBM-nin “İlin layihəsi” mükafatına layiq görülmüşdür.